​Azay Quliyev Bişkekə gedir

Baxış sayı:
3451

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev və deputat Tahir Mirkişili qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 2-dən 6-dək Qırğızıstanda səfərdə olacaqlar.
Muxalifet.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Məlumatda Bişkek şəhərində keçiriləcək toplantıda 3 sessiya çərçivəsində etimad və regional əməkdaşlıq vasitəsi ilə sərhəd bölgələrində yeni çağırış və təhdidlərə qarşı mübarizə, Aralıq Dənizi Forumu və vətəndaşların təhlükəsiz cəmiyyətlərin qurulmasında iştirakının gücləndirilməsi barədə məsələlər müzakirə olunacağı bildirilib.
Sessiya çərçivəsində Azay Quliyevin sədri olduğu İpək Yolu Dəstək Qrupunun iclası da keçiriləcək.
Qeyd edək ki, sessiyada Avropanın 57 ölkəsindən 300-dən çox deputat iştirak edəcək.