​Azarkeşlərini daşıyan avtobus yük maşını ilə toqquşdu - XƏSARƏT ALANLAR VAR

Baxış sayı:
10801

Türkiyədə "Bursaspor" futbol klubunun azarkeşlərini daşıyan avtobus yük maşını ilə toqquşub.
Muxaifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kocelidə baş verən qəzada avtobusdakı 7 sərnişini xəsarət alıb.
Hadisə yerinə təcili yardım və xilasetmə briqadaları cəlb edilib. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Məlumata görə, azarkşlər Türkiyə liqasının "Kasımpaşa" - "Bursaspor" matçından evə gedirlərmiş.