AZAL-ın zərərlə işləməsinin əsas SƏBƏBİ – CAHANGİR ƏSGƏROV

Deməyə sözüm var…
Contact.az
Azərbaycanlılar yerli AZAL Dövlət Aviaşiya Şirkətinin təyyarələri ilə uçuşların bahalığından gileylənir, amma onun təyyarələrində xidmət səviyyəsini və onların rahat enməsini digər şirkətlərdə olduğu ilə tutuşduraraq, onu sevirlər.
 
Sərnişinlərimiz deyirlər ki, Türkiyə aviaşirkətinin təyyarələrini keçmiş hərbi pilotlar idarə edir və ona görə də onlar, Rusiya təyyarələçiləri kimi, hava gəmisini sərt endirirlər. Heydər Əliyev adına Hava Limanı gözəldir və Bakı Hava Limanında təyyarə salonundan birbaşa xalçalarla döşənmış dəhlizlə binaya gedən əcnəbiləri heyrətə salır.
Bu yaxınlarda azərbaycanlıların sevimlisi xoşagəlməz beynəlxalq həqiqətlə üzləşib. 2017-ci ilin Skytrax versiyası üzrə reytinqində AZAL inanılmaz dərəcədə aşağıdakı 71-ci pilləni tutub. Hətta ilk onluğa belə düşməyib. Qatar Airways Şirkəti birinci, Singapore Airlines ikinci yeri tutub, onlardan sonra ANA (Yaponiya) gəlir, beşliyə həmçinin Emirates və Cathay Pacific (Honkonq) düşüb.
1992-ci ildə yaradılmış "Azərbaycan Hava Yolları" Şirkətinin 25 ölkədəki 40 təyinat məntəqəsinə uçuş edən 25 hava gəmisi vardır. 2016-cı ildə şirkət 2 milyondan çox sərnişin daşıyıb.
İyunun 20-də ABŞ-ın Boeing Şirkətinini saytı AZAL-ın ümumi dəyəri təqribən $918 mln. olan 4 ədəd Boeing 787-8 Dreamliner təyyarəsi almaq niyyətində olduğunu bildirib. Bu xəbər Azərbaycan KIV-ləri tərəfindən dərhal təkrar yayıldı və yerli ekspertlərdə bir qürur hissi oyatmalı idi. Lakin iqtisadçı Natiq Cəfərli buna kəskin mənfi münasibət bildirib. O xatırladıb ki, AZAL Azərbaycanın aviadaşımaları bazarında inhisarçı olsa da, zərərlə işləyir. 2016-cı ildə Azərbaycan ərazisində sərnişinlərin 98,5%-i AZAL-ın təyyarələri ilə uçub. Ona görə də bu şirkətin xidmətləri bahadır, lakin buna baxmayaraq, şirkət hər ili zərərlə başa vurur. Xərclərini ödəmək üçün AZAL Dövlət Büdcəsindən dotasiya (yardım) alır və Mərkəzi Bankdan qaytarmaq iqtidarında olmadığı kreditlər götürür.
İqtisadçı hesablayıb ki, vergi və digər zəruri xərclər çıxılmaqla, bir təyyarə 1 ildə $15 min qazanс gətirir. Sutka ərzində, orta hesabla, orta mənzilli marşrutda 2 reys yerinə yetirərərək, bir yeni Dreamliner ona xərclənmiş $250 mln. vəsaiti 23 il ərzində ödəyə bilər. Bunun üçün təyyarə 16667 reys etməlidir.
Natiq Cəfərli əmindir ki, dörd Dreamliner təyyarəsi almaqdan hansısa iqtisadi fayda olacağını demək qətiyyən olmaz. Camaat xaricə Tiflisdən uçur. İqtisadçının fikrincə, $918 mln.-u Amerikaya, yəni Trampa, "mədəni rüşvət" qismində verəcəklər ki, o, Azərbaycan haqqında xoşagəlməz sözlər deməsin...
Hüseyn Məmmədli onunla razıdır. O, Bakıdan Londona uçanda 210-yerli laynerdə yalnız 20 yer tutulmuşdu. Bu məqalənin müəllifi də üç il öncə Londona uçub, amma həmin reysdə boş yer heç yox idi.
AZAL-ın zərərlə işləməsi təəccübləndirir, hətta prezident İ.Əliyev buna təəccüblənərək, müşavirələrin birində aviaşirkətin rəhbəri Cahangir Əsgərova xatırlatmışdı ki, AZAL hava limanlarını öz hesabına tikmir, təyyarələr üçün isə ucuz qiymətə yerli yanacaq alır. İ.Əliyev bunu AZAL-ı biletlərin qiymətlərini aşağı salmağa məcbur etmək üçün deyirdi. Bir az azaltdılar, amma yenə də xaricə Tiflisdən uçmaq sərfəlidir. Həqiqətən, azərbaycanlılar kütləvi surətdə Gürcüstana gedirlər ki, Avropaya oradan uçsunlar. Belə təəssürat yaranır ki, AZAL-ın məqsədi Gürcüstan iqtisadiyyatını maliyyələşdirməkdir.
Əgər Azərbaycanda qadağan edilmiş Meydan TV saytında Cahangir Əsgərova və onun ailəsinə məxsus gizli biznes və daşınmaz mülkiyyət haqqındakı yazıları yada salsaq, bəlkə də, bu, doğrudan da belədir. Əgər C. Əsgərovun şəxsi imperiyasının miqyasını nəzərə alsaq, bəlli olar ki, böyük aviaşirkətə rəhbərlik etmək onun heç də yeganə və aşkarcasına əsas başlıca fəaliyyəti deyil. C.Əsgərovu AZAL-ın prezidenti vəzifəsinə 1996-cı ildə mərhum prezident Heydər Əliyev - uzunmüddətli uçuşlarda prezidenti əyləndirərək C.Əsgərov təyyarədə onun üçün ariyalar ifa edirdi - təyin edib.
AZAL-dan çox C. Əsgərovun adı qeyri-qanuni lotereya keçirən "Qazelli" şirkəti ilə əlaqəlndirilir. Bu şirkətin hərəkətlərinin qanunsuz olduğunu Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bəyan edib. "Gazelli" şirkəti Azerbaijan Airlines Dövlət Konserni ASC-nin prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevaya məxsusdur. Müəssisənin nizamnamə kapitalı 18,7 mln. manat təşkil edir (Turan).
Gürcüstandan məxfi surətdə çıxarılmış və istintaq təcridxanasına yerləşdirilmiş jurnalist Əfqan Muxtarlı Əliyevlər ailəsinin biznesi barədə orada C. Əsgərova xüsusi yer ayrıldığı dosye üzərində işləyirdi. Ə. Muxtarlı aşkar edib ki, 2010-cu il fevralın 20-də Azərbaycanın SW-INN aviaşirkətinin səhmləri Məlahət Cahangir Əsgərovanın (35%), Cəmilə Cahangir Əsgərovanın (35%) və Sənan Zaur Axundovun (30%) mülkiyyətinə keçib. Məlahət və Cəmilə AZAL-ın prezidenti Cahangir Əsgərovun qızlarıdırlar. Onlar həmçinin İlham Əliyevin qızı Arzu Əliyeva ilə birlikdə Silk Way Holding-in səhmlərinə malikdirlər. S.Axundov Silk Way Holdinq-in prezidenti və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası İdarə Heyətinin üzvüdür. SW-INN Direktorlar Şurasının 11 may 2011-ci il tarixli məlumatına görə, Axundov səhmlərin ona məxsus 30% -ni Silk Way Holding-in səhmdarı və Cahangir Əsgərovun həyat yoldaşı olan Zərifə Kamil Həmzəyevaya satıb.
SW-INN-in aktivləri Tiflis hüdudlarından çox kənara - Batumi bölgəsinə uzanır. 2011-ci il iyunun 17-də Həmzəyeva Batumda Ximşiaşvili küçəsində 1 lariyə (40 sentə) sahəsi 999 kv. m. olan qeyri-kənd təsərrüfatı torpaqları (kənd təsərrüfatı təyinatlı torpaq tiplərindən biri) alıb. 2013-cü il 19 iyun tarixində Həmzəyeva bu torpaqların həmsahibi ilə birlikdə şirkətin adını Gloria LLC-yə dəyişdirir və onun səhmdar kapitalını 3,3 mln. lariyə ($1,4 mln. ) qədər artırmağa nail olurlar.
Biz A.Muxtarlının araşdırmalarına həsr olunmuş məqalədən kiçik bir fraqmenti gətirdik. Məqalə tarixlər, Əsgərovların ailə biznes-imperiyasına daxil olan şirkətlərin ünvan və adları ilə zəngindir. Əgər şirkətin prezidentinin başı şəxsən onun üçün daha vacib olan işlərlə məşğuldursa, AZAL necə uğurla işləyə bilər axı?