AZAL şefinin daha bir biznesi üzə çıxdı: İDDİA - VİDEO

Baxış sayı:
439

Bakının Qala qəsəbəsində Cahangir Əsgərova aid olduğu iddia olunan badam bağlarının video görüntüləri yayılıb.

Qala qəsəbəsində 265 hektarlıq ərazidə salınan badam bağlarının "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərova aid olduğu iddia edilir. Həmin ağaclar İspaniyadan xüsusi olaraq Azərbaycana gətirilib və ispan aqronomların nəzarəti ilə əkilib. Bundan başqa sözügedən 265 hektarlıq ərazi tellərlə hasara alınıb. Həmin ərazidə ağır texnikalarla yanaşı yüzlərlə işçi qüvvəsi də var.

CAHANGİR HACIYEV NƏ QƏDƏR QAZANACAQ?

İspaniyadan gətirilən ağaclardan (Quarra, Avijor, Belona və Soleta növləri) minimum 10 kiloqram badamın yığılması gözlənilir. Qala qəsəbəsində isə 24 min badam ağacı əkilib. Buradan çıxan nəticəyə görə, Cahangir Hacıyev orta hesabla ildə 48 milyon manat qazanacaq.

Qeyd edək ki, sözügedən bağlar "AzBadam" MMC olaraq qeydiyyatdan keçib və həmin adla da fəaliyyət göstərir./"Kommersant.az/