​AZAL-dan xəbərdarlıq: 5 saatdan çox...

Baxış sayı:
583

AZAL "J2-122" və "J2-020" reysləri ilə səyahət edən sərnişinlər üçün məlumat yayıb.
Muxalifet.az xəbər verir ki, hava gəmisinin texniki nasazlığı ilə əlaqədar olaraq AZAL-ın J2-122 Gəncə (VKO) - Sankt-Peterburq (LED), həmçinin həmin təyyarə ilə yerinə yetirilməsi planlaşdırılan J2-020 Sankt-Peterburq - Bakı reysi yubanır.
Reysin 5 saatdan çox yubanması ilə əlaqədar olaraq, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinləri lazımi hər şeylə, o cümlədən isti yeməklə təmin olunacaq.
Şirkət yaranan narahatlığa görə üzr istəyib.