​AZAL-dan NÖVBƏTİ BİABIRÇILIQ - Bakıdan Tel-Əvivə uçan təyyarənin baqajı yaddan çıxdı

Baxış sayı:
8785

Son vaxtlar “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) fəaliyyətində tez-tez qüsurlara yol verildiyi sirr deyil. Bir neçə gün əvvəl baş verən növbəti biabırçılığı da bunun bariz nümunəsi hesab etmək olar.
Əldə etdiyimiz məlumata görə, 3 gün əvvəl Azərbaycandan İsrailə uçan sərnişinlər qəribə hadisə ilə üzləşiblər. Belə ki, AZAL-ın təyyarəsi ilə Bakıdan Tel-Əvivə uçan şəxslər İsrail paytaxtında yerə endikdə, onlara əşyalarının təyyarəyə yüklənilmədiyi məlum olub. Sərnişinlər buna etiraz etdikdə, onlara baqajlarının tezliklə Tel-Əvivə göndəriləcəyi bildirilib. Lakin, məlumata əsasən, hələ də 49 nəfər sərnişin hava limanında öz yükünü gözləməkdədir.
Yeri gəlmişkən, son vaxtlar AZAL-ın fəaliyyəti ilə bağlı etirazlar artmaqdadır. Sərnişinlər, xüsusən də uçuş sonrası öz baqajlarını vaxtında ala bilmədiklərindən şikayət edirlər. Redaksiyamıza verilən məlumata görə, onlar bəzən öz yüklərini almaq üçün saatlarla hava limanından gözləməli olurlar.


Muxalifet.az
P.S. Mövzu ilə bağlı araşdırma aparacağıq. AZAL-ın mövqeyini dəd dərc etməyə hazırıq.