Azakeşlər metronun vaqonunu sındırıblar

Onlar vaqona ciddi ziyan vurublar
 
Ötən gün Bakı metrosunda "Həzi Aslanov"-"Dərnəgül" xəttində 30 saylı marşrut üzrə hərəkət edən sərnişin vaqonuna ciddi ziyan vurulub.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevə istinadən xəbər verir ki, hadisə ötən gün "Qarabağ" futbol klubunun oyunundan çıxıb "Gənclik" stansiyasında metroya daxil olan azarkeşlər tərəfindən törədilib.
"Hadisə metronun 1 566 saylı vaqonunda baş verib. Qatar dünən "Həzi Aslanov"-"Dərnəgül" xəttində 30 saylı marşrut üzrə hərəkət edirdi. Əsas vəzifəsi sərnişin, insan daşımaq idi. Amma "Qarabağ" futbol klubunun oyunundan çıxıb "Gənclik" stansiyasında metroya minən bəzi "insanlar" ictimai istifadədə olan, hamımızın vergisi hesabına formalaşan büdcə vəsaiti hesabına alınan vaqonu bu vəziyyətə salıblar. Əllərindəki bayraqların sopaları ilə vaqona və videomüşahidə kamerasına zərər veriblər", - deyə o, əlavə edib.