Azad Suriya Ordusunun QADIN DÖYÜŞÇÜLƏRİ: AFRİNƏ QƏDƏR GEDƏCƏYİK

Baxış sayı:
3058

Azad Suriya Ordusunun qadın döyüşçüləri Afrində terror təşkilatı PKK/YPG/İŞİD ilə döyüşmək üçün təlimlərə başlayıb.
 
Təxminən 20 gün davam edəcək təlimdən sonra cəbhələrə göndəriləcək yaşları 20 ilə 35 arasında olan 30 qadın döyüşçüdən ibarət olan Suriya Qadın Azadlıq Döyüşçüləri, Fərat Qalxanı bölgəsində yaşayan könüllülərdən seçilib. Bu qadınlar ASO-ya bağlı “Mutasım Diviziyası” çətiri altında toplaşıb.
Azad Suriya Ordusunun qadın döyüşçüləri Afrində terror təşkilatı PKK/YPG/İŞİD ilə döyüşmək üçün təlimlərə başlayıb. Terror təşkilatı PKK/YPG və İŞİD-ə qarşı döyüşmək üçün könüllü olaraq Milli Orduya qatıldığını söyləyən 32 yaşındakı Kaydə Bərəkət, Afrine qədər gedəcəklərini bildirib: "Biz vətənimiz üçün döyüşmək istəyən qadınlarıq. İllərdir əzab içində yaşayırıq. Atalarımız, qardaşlarımız, həyat yoldaşlarımız illərdir öz torpaqlarımızda bir tərəfdə İŞİD, digər tərəfdə PKK/YPG kimi terrorçularla savaşır. İndi növbə bizdədir. Daha gözəl bir vətən üçün vuruşacağıq. Afrinə qədər mübarizəmizi davam edəcəyik".
Müxalifət.az