Azad Suriya Ordusu Əsəd rejiminə qarşı əməliyyata başladı

Baxış sayı:
10579

Suriyalı hərbi müxaliflər və rejim əleyhdarı silahlı qruplar Beşşar Əsəd rejimi və İran dəstəkli qrupların son 3 həftədə "İdlib Gərginliyi Azaltma Bölgəsi" sərhədləri içində ələ keçərdiyi bölgələri geri qaytarmaq üçün əməliyyata başlayıb.
 
Hərbi müxalif qaynaqlardan alınan məlumata görə, "İdlib Gərginliyi Azaltma Bölgəsi"ndəki hərbi müxalif və rejim əleyhdarı silahlı qruplar dünən axşam saatlarında Hama elinin şimal-qərbində Əsəd rejimi ordusu və İran dəstəkli terrorçu qruplardan ibarət olan rejim güclərinə qarşı əməliyyat təşkil edib.
Hərbi müxaliflər rejim güclərinin geniş diametrli hücumlarına müqavimət göstərmək üçün qurduqları ortaq əməliyyat qırargahından idarə etdikləri qarşıdurmalarda, Hama elinin şimal-qərbindəki Kefrenbudə mahalı ilə Tel Havvaş və əl-Humeyrat kəndlərini rejim güclərindən geri alıb.
Qarşıdurmalarda çox sayda rejim əsgərinin öldürüldüyü, rejimə aid tanksavar raketlərin və ağır silahların məhv edildiyi və Əsəd rejiminin Kefrenbudə hücumlarının komandirinin əsir alındığı öyrənilib.
Rejim gücləri isə hərbi müxaliflərin ələ keçərdiyi söz mövzusu bölgələrə sıx hava və quru hücumları təşkil edir.
 
Bölgədə tərəflər arasında sıx qarşıdurmalar davam edir.
 
ASO damı altındakı Milli Azadlıq Cəbhəsi birliyinin sözçüsü Məhəmməd Raşit etdiyi açıqlamada, müxaliflərin rejiminin irəliləməsini dayandırmaq və son həftələrdə ələ keçərdiyi bölgələri yenidən qaytarmaq üçün əməliyyat təşkil etdiklərini söyləyib.
Raşit, "Dünən axşam saatlarında təşkil etdiyimiz əməliyyatla Kefrenbudə mahalı ilə Tel Havvaş kəndini rejim güclərindən geri aldıq. Cəbhə xəttindəki və kimsənin yaşamadığı əl-Humeyrat kəndini də ələ keçirdik" deyib.
Qeyd edək ki, rejim gücləri bu ayın başından etibarən təşkil etdiyi geniş diametrli hücumlarla "İdlib Gərginliyi Azaltma Bölgəsi"nin cənub qisimində Hama eli çölündəki Əl Çenabire kəndi və strateji Osman Təpəsini, Kefrenbude mahalı və Daş Təpəsini, Madik Qalası diyarı, Bab əl Taxa, əl Huveys əl Kirkat, el Hamra, Mühacirin və Tüveyne kəndlərini ASO ilə yaşanan sıx qarşıdurmalardan sonra ələ keçirmişdi.
Müxalifət.az