​Azad Rəhimov: Azərbaycan bunu bir daha sübut edir

Baxış sayı:
3559

Azərbaycan ev sahibliyi etdiyi yarışlarla həm turistləri cəlb edir, həm də idman ölkəsi olduğunu sübuta yetirir.
Muxalifet.az xəbər verir ki, bu fikri gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, bu il Azərbaycan iyunun 5-9-da velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatına, iyunun 22-23-də gənclər arasında Olimpiya Oyunlarına idman gimnastikası üzrə Avropa təsnifat yarışlarına, sentyabr ayında cüdo üzrə dünya çempionatına, noyabrın 17-18-də ilk dəfə olaraq akrobatika gimnastikası üzrə dünya kuboku yarışlarına ev sahibliyi edəcək. Həmçinin ölkəmizdə ilk dəfə Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Forumu keçiriləcək.
“2018-ci ilin əvvəlinə nəzər salsaq, Azərbaycanda martın 15-18-də idman gimnastikası üzrə dünya kuboku, aprelin 12-15-də batut gimnastikası, tamblinq və ikili-mini batut üzrə Avropa çempionatı, aprelin 23-24-də bədii gimnastika üzrə “AGF Junior Trophy” adlı beynəlxalq turnir, həmin ayın 27-29-da bədii gimnastika üzrə dünya kuboku və Formula 1 yarışlarının təşkil edildiyinin şahidi olarıq. Bu isə bizə Azərbaycanın həqiqətən də idman ölkəsi olduğunu deməyə əsas verir”, - deyə nazir vurğulayıb.