​Ayətullahdan QƏRİBƏ İDDİA: “40 ildə 400 il səviyyəsində inkişaf...”

Baxış sayı:
8695

İranın Konstitusiyaya Nəzarət Şurasının fəqihlər şöbəsinin üzvü Məhəmməd Yəzdi ölkəsinin 1979-cu il inqilabından keçən 40 il ərzində 400 il səviyyəsində inkişaf etdiyini iddia edib.
Muxalifet.az Teleqraf.com-a istinaden xəbər verir ki, o, İranın “sürətli inkişafı”nın islama borclu olduğunu da vurğulayıb.
87 yaşlı Yəzdi deyib:
“Ötən 40 il ərzində ölkəyə 400 il səviyyəsində xidmət edilib və 400 il səviyyəsində inkişaf etmişik. Texnikalar, cihazlar, avadanlıqlar və həyat səviyyəsi keçmişlə müqayisədə xeyli dəyişib. Bu 40 il ərzində islam və inqilab prinsiplərinin qorunub saxlanılmasına böyük əmək sərf edilib”.