Ayrılmaq istəyən Gülayı 4 aydır tanış olduğu sevgilisi küçədə öldürdü

Baxış sayı:
9532

Kayseridə gənc qadın ayrılmaq istədiyi sevgilisi tərəfindən küçənin ortasında silahla vurularaq öldürülüb.
27 yaşlı Gülay Şimşək ayrılmaq istədiyi sevgilisi Özkan Onay (36) tərəfindən tapança ilə vurulub.
İddiaya görə, Gülay 4 aydır sevgili olan işsiz Özkan Onaydan ayrılmaq istəyib. Onay ayrılma təklifini qəbul etməyərək, qızı gözdən qoymayıb. Onay işdən çıxışını gözlədiyi Şimşək ilə ayrılmaq mövzusunda yenidən mübahisə edib.
Gülayın ayrılmaqda israrlı olduğunu görən Onay çıxış yolunu qızı öldürməkdə görüb. Belindən çıxardığı tapança ilə Gülaya 3 dəfə atəş açıb. Qız ətrafdakı vətəndaşların köməyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun sevgilisinin axtarışı davam etdirilir. Cinayət işi açılıb.