Aynur Dadaşovanın açıq-saçıq fotoları ilə diqqət çəkən bacısından PİS XƏBƏR

Baxış sayı:
4102

Müğənni Aynur Dadaşova açıq-saçıq fotoları ilə diqqət çəkən bacısı Günelin xərçəng xəstəsi olduğunu açıqlayıb. Muxalifet.az Baku.ws-ə istinadən xəbər verir ki, ifaçı bu barədə "Şou ATV" proqramında danışıb: "Mənim bacım 2 ildir onkoloji xəstədir. Son vaxtlar səhhəti yenidən pisləşib, ağrıları çoxalıb. Buna görə hər gün, hər dəqiqə yanımdadır. Heç kim onun xəstə olduğuna inanmır. Bacım xəstəliyi üstünə götürmür, qəbul etmir. Həyata çox bağlıdır. Deyir ki, mənə heç nə olmayacaq. Əməliyyatdan sonra 7 kimya terapiya yazılmışdı, heç birini etmədi. Saçlarını tökülməsini istəmir".