Aydınlar Partiyasında sədr seçkisi... - PARTİYANIN QURULTAYI OLUB

Baxış sayı:
210

Aydınlar Partiyasının videokonfrans formatında növbəti qurultayı keçirilib.

Partiyadan verilən məlumata görə, açıq səsvermə yolu ilə Qulamhüseyn Əlibəyli yenidən Aydınlar Partiyasının sədri seçilib.

Partiyanın Ali Məclisinin tərkibi təsdiq olunub və Nəzarət Təftiş Komissiyası yaradılıb.

Qurultaydan sonra Aydınlar Partiyası Ali Məclisinin yeni tərkibdə ilk iclası keçirilib. Ramiz Nəcəfli Ali Məclisin sədri, Əfqan Əsədov sədrin müavini, Arzu Əbdülova Ali Məclisin katibi seçilib. Partiya sədrinin təqdimatına əsasən Qorxmaz İbrahimli Aydınlar Partiyası Sədrinin birinci müavini, Fuad Məmmədov siyasi məsələlər üzrə müavini, Xanoğlan Əhmədov təşkilat məsələləri üzrə müavini, Qadir İbrahimli iqtisadi məsələlər üzrə müavini, Afaq Quliyeva partiyanın Qadınlar Şurasının sədri, Selcan Araz Gənclər Komitəsinin sədri təyin edilib, partiyanın Siyasi Şurası formalaşdırılıb.