"Aydın Xırdalanlı ölüm yatağında olanda..." - Leyladan SƏRT AÇIQLAMALAR - VİDEO

Baxış sayı:
6849

Müğənni Leyla Nur mərhum meyxanaçı Aydın Xırdalanlının "Aldatdın" mahnısını oxuduğuna görə onu tənqid edənlərə sərt cavab verib. Sənətçi
"Ölkə.Az"a açıqlamasında bildirib ki, onu ittiham edənlərin böyük əksəriyyəti qeyri-səmimi insanlardır:
"Aydının son bir neçə ildə nələr çəkdiyi, səhhətində hansı problemlərin olduğu hamıya məlum idi. İndi məni qınayanların hansı gedib onun yastığının altına yüz manat qoyub? Öləndən sonra insan haqqında hamı danışar. Amma Aydın sağ olanda bu adamların əksəriyyəti ona rişxənd edirdilər, kinayə ilə yanaşırdılar. "Aldatdın"a gəlincə, prodüserim Səbinə Rəcəblinin təklifi ilə oxuduğum mahnıdır. Hətta Aydının qardaşının da razılığı alınıb. İndi məni kim nəyə görə qınayır, başa düşmürəm? Məni qınamazdan əvvəl, Aydın ölüm yatağında olanda ona baş çəkmək, yardım etmək lazım idi".
Leyla Nur A.Xırdalanlının ailəsinə kömək etməyə hazır olduğunu da diqqətə çatdırıb:
"Mən demirəm ki, böyük imkanlarım var. Amma gücüm çatan qədər onun ailəsinə kömək etməyə hazıram. Əgər ailə razı olsa, bacardığım köməyi edə bilərəm".
Qeyd edək ki, Leyla Nur Aydın Xırdalanlının ölümündən sonra söz ustadının "Aldatdın" mahnısına klip də çəkdirmişdi. Və məhz bundan sonra ifaçı tənqidlərə məruz qalmışdı.