Aydın Xırdalanlı bununla həyatımı dəyişdi - Əməkdar artist

Baxış sayı:
2578

Eyni məktəbdə oxumuşuq. Xırdalan 1 nömrəli orta məktəbdə, məndən 1 sinif yuxarı oxuyurdu. Tənəffüslərdə, ya dərsimiz olmayanda idman zalının, bufetin yanında, ya məktəbin həyətində həmişə Aydını axtarardıq. Axtarardıq ki, görəsən, harada meyxana deyir.
Muxalifet.az xəbər verir ki, bu sözləri əməkdar artist, aktyor Rasim Cəfər qeyd edib.
“Ustadı Azərlə (Azər Sani) xırıltılı səslə deyişərdi. Aydının meyxana deməyini çox bəyənirdim, çünki hamı kimi demirdi. “Ağıllı” meyxana deyirdi, çünki ustadı Azər idi. Qiraəti, dünyagörüşü var idi, fərqli idi. Bir müddət mədəniyyət evində işlədiyi vaxtlarda Qismətlə (Allah rəhmət eləsin!) demək olar, hər gün yanına gedərdik. Azər də gələrdi. Meyxana deyərdik, Azər dinləyər, öyrədərdi bizə. Aydınla Azər ustadlıq edərdilər bizə...
Mənim İncəsənət Universitetinə girməyimin səbəbkarı elə Aydın oldu! Yoxsa mən hara, incəsənət hara? Hüquqşünas olmaq istəyirdim. O məni yönəltdi İncəsənət Universitetinə! Bu sənətə gəlməyimə o vəsilə oldu! Bu gün mən bu sənətdə var olduğum üçün Aydına minnətdaram! Allah sənə rəhmət eləsin, Aydın! Allah günahlarını bağışlasın! Yerin cənnət olsun, qardaş!”, - aktyor bildirib.
Qeyd edək ki, Aydın Xırdalanlı bu gün 41 yaşında vəfat edib.