​Aybəniz Haşımovanın qızı: “Özümə süni gəlirəm”

Baxış sayı:
5956

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva makiyajsız fotosu ilə diqqət çəkib.
Məm bloger kimi fəaliyyət göstərən, həm də İtv-də yayımlanan “Solğun çiçəklər” serialında Sara obrazını canlandıran Aynişan Quliyeva makiyaj sevgisindən danışıb:
“"Solğun çiçəklər" də məni daha çox sıfır makiyajla çəkirlər, çünkü Sara obrazı saf və məsumdur. Yaxınlarda efir çəkilişindən çıxıb film çəkilişinə getdim, komandamızda, demək olar ki, heç kəs məni makiyajla bəyənmədi. Gözləri öyrəşməyib. Nə yalan deyim, mən də özümü makiyajla bəyənmirəm, özümə süni gəlirəm, buna baxmayaraq niyəsə makiyaj edirəm. Qadınları anlamaq çətindir... Qadınlar bəzən heç özləri özünü anlaya bilmir”./publika