Ayasofyada QURAN oxunması YUNANLARI ÇILĞINA DÖNDƏRDİ

Baxış sayı:
5245

Dünən Müqəddəs Ayasofya Məbədində Quranı Kərim oxunması, Yunan mətbuatında geniş yer tapıb. Yunan qəzetləri prezident Ərdoğanı hədəfə götürüb.
 
Türkiyə dövlətnin başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən açılış mərasimində Qurani Kərim oxunub.
Müqəddəs Ayasofya məbədi divarlarının Qurani-Kərimin ayələri ilə əks-səda verməsi, Yunanıstanda da böyük narazılıq yaradıb.
 
YUNAN ÇILĞINA DÖNDÜ
 
Ölkədə nəşr edilən qəzetlər, bu vəziyyəti qəbul edilməz kimi səciyyələndirib.


 
İNANILMAZ  MEYDAN OXUMA
 
Prezident Rəcəb Tayyib Ərdoğanı da hədəf alan qəzetlər, baş yazılara bu başlıqları qoyublar:
"Xristianlıq üçün ən yüksək səviyyədə meydan oxumadır. Ərdoğan Müqəddəs Sofya Məbədini 4 barmağı ilə salamladı".
 "Ərdoğan Qərbə Müqəddəs Sofya Məbədi ilə hücum edib".
"Ərdoğandan inanılmaz meydan oxuma. Müsəlmanları Müqəddəs Sofya Məbədindən salamladı".
Müxalifət.az