Ayaqyolu çanağının üzərinə yıxılaraq ölümcül xəsarət aldı

Baxış sayı: 103

O, çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib
 
Bakı sakini ayaqyolu çanağının (unitaz) üzərinə yıxılaraq ağır xəsarət alıb.
Hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsində yaşayan 1971-ci il təvəllüdlü Rəhimov Mehdi Valeh oğlu hamam otağında olarkən ayağı sürüşüb. O, ayaqyolu çanağının üzərinə yıxılıb. Nəticədə M.Rəhimov bel nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb.
O, çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.