Ayaqqabısını oğurlayana bir mesaj yazdı: İnşallah sən də..

Baxış sayı:
8293

Bir adam yeni aldığı ayaqqabısını yaşadığı evin önündən oğurlayan oğruya bir qeyd yazaraq binanın şüşəsinə yapışdırıb.
 
Nevşehir şəhər mərkəzindəki binaya girən naməlum şəxs adı məlum olmayan ev sahibinin qapısının qarşısında qoyduğu ayaqqabısını alaraq qaçıb.
 
“Sən də geyə bilməzsən inşallah”
 
Bir müddət sonra ayaqqabısının oğurlandığını görən şəxs, mənzilin giriş qapısına yapışdırdığı qeydlə oğruya qarğış edərək təpki göstərib. Ev sahibi yazdığı mesajda bu sözləri qeyd edib: “Mən geymədim. İnşallah yıxılar, ayağın qırılar, qış boyu sən də geyə bilməzsən”.
Müxalifət.az