Ayaq üstə yatan adam qadını təhlükəyə atdı – DƏHŞƏTLİ VİDEO

Baxış sayı:
367

Argentinada metro xəttinə yıxılan qadını ölümdən son anda xilas etdilər.
Muxalifet.az
msn.com-a istinadla xəbər verir ki, Argentinada qeyri-adi hadisə baş verib. Paytaxt Buenos Ayesdə yerləşən metrolardan birində insanlar qatarı gözləyərkən ayaq üstə yuxulayan adam yıxılaraq qarşısında qadını metro xəttinə itələyib. Dəmiryol relsinə dəyərək huşunu itirən qadın ayağa qalxa bilməyib. Həmin vaxt isə hadisə baş verən stansiyaya qatar yaxınlaşmağa başlayıb. Təşvişə düşən insanlar müxtəlif hərəkətlər edərək qatarı saxlamağa çalışıb. Xoşbəxtlikdən qatar qadının bir neçə metrliyində dayana bilib. Daha sonra ətrafdakı insanlar aşağı enərək qadına kömək ediblər.