​"Ay xanım, ora keçmək olmaz" - Nəzarətçi Şəfiqə Məmmədovanı tanımadı

Baxış sayı:
3865

Xalq artisti Amaliya Pənahova ilə Akademik Milli Dram Teatrında keçirilən vida mərasimi zamanı teatrın nəzarətçisi Azərbaycan Respublikası Kinematoqrafçılar İttiqafının sədri, xalq artisti Şəfiqə Məmmədovanı tanımayıb.
Muxalifet.az ölkə.az-a istinadla bildirir ki, nəzarətçi "ay xanım, ora keçmək olmaz" deyərək, məşhur aktrisanı rəsmi şəxslər üçün nəzərdə tutulmuş sıraya buraxmaq istəməyib. Aktrisa isə öz növbəsində nəzarətçiyə cavab verib:
"Mənim adım dövlətin rəsmi nekoroloqunda var. Necə yəni olmaz?"
Qeyd edək ki, 73 yaşlı Amaliya Pənahova ötən gün xərçəng xəstəliyindən vəfat edib.