Axtarışda olan təhlükəli qadın terrorçu MƏHV EDİLDİ

Baxış sayı:
14134

Türkiyənin təhlükəsizlik qüvvələri “Çınar-101 şəhid çavuş Məhməd Arıkan” adlı antiterror əməliyyatı keçirib.
Muxalifet.az xəbər verir ki, əməliyyat nəticəsində daha bir təhlükəli terrorçu məhv edilib.
Əməliyyat Türkiyənin Mardin vilayətinin Nusaybin rayonu ərazisində aparılıb.
Məhv edilən iki qadın terrorçudan biri nazirlik tərəfindən axtarışda olan “Aqirin” ləqəbli Xanım Çelik olub. Onun ələ keçirilməsi üçün hökumət 300 min Türkiyə lirəsi (təxminən 50 min ABŞ dolları) pul ayırmışdı.