Axtarışda olan şəxs tutuldu - Qəsdən adam öldürmə

Baxış sayı:
7657

Gəncədə qəsdən adam öldürmə maddəsi ilə axtarışda olan şəxs tutulub.
DİN Mətbuat Xidmətindən Muxalifet.az-a verilən məlumata görə, Baş Mühafizə İdarəsinin və Baş Əməliyyat Statistik İnformasiya İdarəsi əməkdaşları tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 162-ci (quldurluq) maddələri ilə axtarışda olan M.Abdullayev saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinə təhvil verilib.