Axtarışda olan azərbaycanlı Rusiyada tutuldu

İnterpol xətti ilə axtarışda olan şəxs Rusiyada tutulub.
 
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 2015-ci ildən Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1977-ci il təvəllüdlü Rəvan Əliyev Rusiyada həbs edilərək Azərbaycana ekstradisiya olunub.
Hazırda Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır./apa