Axtarılan terrorçu öldürüldü!

Baxış sayı:
2302

Türkiyənin Tunceli vilayətində Ovacıq kəndində aparılan əməliyyatlarda narıncı siyahıda olan Yusif kod adlı PKK-lı terrorçu İlker Tezer məhv edilib.
 
Tuncelinin Ovacıq rayonu çölündə Jandarm qüvvələrinin apardığı əməliyyatda 6 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir.
Zərərsizləşdirilən terrorçulardan Yusif kod adlı İlker Tezerin terror təşkilatının Ovacıq üzrə məsul şəxsi olduğu və axtarılan terrorçular siyahısı arasında Narıncı Siyahıda yer aldığı və başına 600 min lirə mükafat qoyulduğu müəyyən olunub.
Öldürülən terrorçunun 2016-nın may ayında Ovacıq bölgəsində 2 əsgərin yaralanması və avqust 2013 tarixində Alişan Beyazgül adlı mülki vətəndaşın öldürülməsi hadisələrinə qarışdığı təsdiq olunub.
Müxalifət.az