“Axmaq olasan ki...” - Pənah Hüseyn yayılan videosundakı “dil məsələsi”nə aydınlıq gətirdi - VIDEO

Baxış sayı:
2383

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sosial şəbəkələrdə yayılan videosu ilə bağlı fikirlərini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, sabiq millət vəkili sözügedən videomaterialın montaj olduğunu bildirib:

“Dostlardan biri mənə şəbəkədə dünən yayıldığı deyilən (kim və ya kimin adamları tərəfindən şəbəkəyə qoyulduğunu da qeyd etməklə) bir material göndərib. Videosujetdə İqbal Ağazadə Milli Məclisdə çıxış edən zaman ondan arxa sırada oturan mənim kiminləsə danışarkən qeyri təbii şəkildə bir neçə dəfə dilimi çıxardığım görünür. 

Bildirilir ki, bu epizodu mənim surətimi, yəqin öz aləmlərində haqqımda yaxşı olmayan təəssürat yaratmaq məqsədilə, "yağlı" dairədə işarələməklə xeyli adreslərə göndərirmişlər. Materiala baxdım. Gərək çox diqqətsiz,və ya axmaq olasan ki, orada montaj əməliyyatını görməyəsən. Səsi ayrı buraxıb, görüntüdə hansısa anı (məsələn, qurumuş dodağı dillə yaşlamağı) nə qədər istəsən təkrar yazırsan, saxta effekt alınır. Yayılan sujetdə İqbal Ağazədənin səsinə yox, qol hərəkətlərinə diqqət yetirilsə, montaj apaydın məlum olur...

1970 - ciillərdə ADU-da tarix fakültəsində dekanımız oımuş mərhum prof. M. Mirhadıyev demişkən, bu da belənçik”.

Sizə həmin videonu təqdim edirik: