"Axı bu yazıq əsgərin qəhrəmanlığı nədən ibarətdir? Maksimal yaxşı ölməkdən?...” - SOFİYA KİRAKOSYAN TƏHLÜKƏLİ ERMƏNİ MİFLƏRİ HAQDA

Baxış sayı:
1181

“Əgər bu müharibəni həqiqətən Paşinyan sadəcə olaraq üçtərəfli bəyanatı imzalamaqla dayandırıbsa, o zaman erməni əsgərini niyə belə tərifləyirlər? Doğrudanmı erməni əsgəri müstəsna nəsə edib? Biz bütün əraziləri əldən verdik, o cümlədən Şuşanı. Bunun minlərlə səbəbi var. Əlbətdə, demək olmaz ki, bunda həmin erməni əsgəri günahkardır. Eləcədə bu doğru deyil ki, erməni əsgərini anlaşılmaz şəkildə idola çevirsinlər, əgər əsgər qəhrəmancasına müqavimət göstəribsə belə ancaq uduzub...”

Bu fikirləri epress.am saytı Sevak Sofiya Gevorkyan adlı müəllifə, sosial şəbəkə istifadəsinə istinadən yayır. Gevorkyan hesab edir ki, erməni əsgərinə can yandırmaq, kömək etmək olar, amma qəhrəmanlaşdırmaq olmaz.

“Yenə miflər, təhlükəli miflər. Əgər bu pafos davam edəcəksə 10-20 il sonra dərsliklər bizi buna öyrədəcək ki, guya biz 2020-ci ildə əslində düşmənə qəhrəmancasına qalib gəlmişik. Və yenə də həmin “qələbəyə” istinad edərək biz yeni müharibə başladacağıq. İndi bunu Sardarapat döyüşünün köməyi ilə etmək istəyirlər. Vardan (Mamikonyan) və fillər barədə də həmin yalan təbliğat mifolofgiyasıdır. Bu yazıq əsgərin qəhrəmanlığı nədən ibarətdir? Maksimal yaxşı ölmək? Biz itkilər vermişik. Bu kor-koranə əsgər kultu bütlərə sitayişə oxşayır, əsgər istənilən yolla super-insan və qalib kimi təqdim edilir və onun çiyninə yalançı yük qoyulur...Mən erməni əsgərinin bu cür militarist ilahiləşdirilməsini o qədər görür və eşidirəm ki, sanki bu tərəfdə “qalib” ordunun əsgərləridir...”,-Gevorkyan yazır.