AXCP sədrindən islamçıya qarşı təhqiramiz hərəkət? – VİDEO

Baxış sayı: 64

Milli Şuranın 23 sentyabr mitinqində maraqlı bir məqam izləyənlərin gözündən yayınmayıb.
 
Mitinqin aparıcısı İbrahim İbrahimli sözü Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədliyə verəndə, o, digər natiqlər kimi, tribunanın ortasına keçmək istəyir. Müqayisə üçün deyək ki, məsələn, Gültəkin Hacıbəyli çıxış edərkən düz ortada – Əli Kərimli ilə Cəmil Həsənlinin arasında dayanıb.
Amma məşhur latın məsəlində deyildiyi kimi, Quod licet jovi, non licet bovi - Yupiterin edə biləcəyi şeylər öküzə qadağandır. Yəni Gültəkin Hacıbəyliyə olan, Rövşən Əhmədliyə olmaz! Ona görə də, Rövşən Əhmədli tribunanın ortasına – Əli Kərimli ilə Cəmil Həsənlinin arasına keçmək istəyəndə Kərimli öz bədəni ilə (futbol şərhçilərinin dililə desək, korpusu ilə) onun qarşısını kəsir və İslami Müqavimət Hərəkatının sədrinə müqavimət göstərərək, imkan vermir.
Mesajı başa düşən Rövşən Əhmədli daha mərkəzə keçməyə cəhd etmir və tribunanın kənar hissəsində dayanıb, danışmağa başlayır.
Bu təhqiramiz jesti adi danışıq dilinə tərcümə edəndə çıxan məna budur ki, “Sən bizim kimi siyasətçilərin arasında, tribunanın ortasında dayanmağa layiq şəxs deyilsən. Yerini bil! Sənin yerin isə tribunanın kənarıdır!”
Başqa sözlə, Əli Kərimlini yalnız islamçı siyasətçinin “Məhsul”a gətirə biləcəyi dindarlar maraqlandırır. O, həmin dindarlara da məhsul kimi yanaşır. Əks təqdirdə, onların adlndan danışan siyasətçiyə bu qədər aşağılayıcı münasibət göstərməzdi.
 
AzVision.az