AXCP funksioneri Fransadan sığınacaq aldı

Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin funksioneri Natiq Ədliov bundan belə Fransada yaşayacaq.

Musavat.com-un məlumatına görə, artıq N.Ədilovun Fransa dövlətindən siyasi sığınacaq alması təsdiqlənib.

Qeyd edək ki, N.Ədilov uzun müddət idi ki, qonşu Gürcüstanda idi və onun xarici ölkələrdən birindən siyasi sığınacaq alacağı gözlənilirdi.