AXCP fəalı polis tərəfindən saxlanılıb

Bu gün səhər saatlarında saxlanılan AXCP Sumqayıt şöbəsinin fəalı Ruslan Qarayev Sumqayıt Şəhər Polis İdarəsindədir.
 
Bu barədə Turan-a idarənin növbətçi hissəsindən bildiriblər.
Fəalın Sumqayıt polisində saxlanmasını onun anası da təsdiqləyib. Ona da bu barədə növbətçi hissədən bildiriblər.
Ancaq idarənin Ələkbər adlı əməkdaşı (telefon nömrəsini növbətçi hissədən veriblər) R.Qarayevin saxlanması barədə məlumatı inkar edib və uzun sorğu-sualdan sonra bildirib ki, o, idarədə deyil.
R.Qarayevin anası əlavə edib ki, onu evin yaxınlığında mülki geyimli şəxslər saxlayıblar. Onu görən qonşuların sözlərinə görə, Ruslanı "Jiquli" markalı avtomobildə aparıblar.