​AXCP Ali Məclisinin üzvü öldürüldü – ABŞERONDA

Baxış sayı:
5920

Abşeronda yolu keçən piyadanı maşın vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 18-də saat 23 radələrində Abşeron rayonunun Digah qəsəbəsində Mehdiabad qəsəbə sakini Aydın Kərimov idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Şəki rayon sakini Səməd Arazı vurub, piyada hadisə yerində ölüb.
Faktla bağlı Abşeron RPİ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Səməd Araz AXCP Ali Məclisinin üzvüdür.