"AXC-nin hətta Ermənistanda diplomatik nümayəndəliyi fəaliyyət göstərib" - NAZİR

Baxış sayı:
2563

"1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin hətta Ermənistanda diplomatik nümayəndəliyi fəaliyyət göstərib".
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov ADA Universitetində "Azərbaycan diplomatik orqanlarının yaradılmasının 100 illiyinə" həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, AXC hökumətinin Ukraynada, Gürcüstanda, İranda, Fransada, Polşada diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.