​Avtoservisə silahlı basqın: Bir nəfər boğazından güllələndi

Baxış sayı:
9226

Türkiyənin İstanbul şəhərinin Şişli səmtində naməlum şəxslər avtomobil təmiri servisinə silahlı hücum edib.
Muxalifet.az xəbər verir ki, hadisə İnönü məhəlləsi, Dolapdərə küçəsində yerləşən obyektdə qeydə alınıb.
Motosikllə gələn və başlarında qoruyucu dəbilqə olan 2 şəxs avtomobil təmirinin aparıldığı məntəqəyə 7 dəfə atəş açıb.
Daha sonra cinayətkarlar hadisə yerindən qaçıb.
Məlumata görə, güllələrdən biri həmin məntəqədə çalışan Fahri Ayzıt adlı şəxsin boğazına dəyib və o ətrafdakıların yardımı ilə dərhal xəstəxanaya çatdırılıb.
Hadisə yerinə gələn polis araşdırmalara başlayıb.