​Avtoriteti kim qətlə yetirib? – QATİLİN KİMLİYİ HAMINI MAT QOYDU - YENİLƏNDİ

Baxış sayı:
4354

Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxsin güllələnərək qətlə yetirilməsi hadisəsinin kim tərəfindən törədilməsi məlum olub.
Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, aparılan araşdırmalar nəticəsində noyabrın 25-nə keçən gecə saat 01 radələrində 1967-ci il təvəllüdlü Əkbərov Oktay Saleh oğlunun qardaşı oğlu tərəfindən maşınında güllələnərək öldürülməsi üzə çıxıb.
Məlum olub ki, 1996-cı il təvəllüdlü Əkbərov Saleh Valeh oğlu əvvəlcədən planlaşdırdığı şəkildə əmisinə maşınında baş nahiyəsindən atəş açaraq onu qətlə yetirib. 22 yaşlı oğlanın əmisini hansı səbbədən qətlə yetirməsi hələlik tam dəqiqləşməyib.
Bildirilir ki, qətlə yetirilən Oktay Əkbərov kriminal aləmə yaxın şəxs olub. O, 2 ay imiş ki, Rusiyadan Azərbaycana qayıdıbmış və doğulduğu kənddə yaşayırmış. O.Əkbərov uzun müddət Rusiyada həbsxanada olub. Sonuncu dəfə 8 il müddətində Rusiyada cəza çəkən O.Əkbərov həbsdən çıxan kimi Azərbaycana qayıdıbmış.

*****

25 noyabr

Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, 1967-ci il təvəllüdlü kənd sakini Əkbərov Oktay Saleh oğlu 2 ay imiş ki, Rusiyadan Azərbaycana qayıdıbmış və doğulduğu kənddə yaşayırmış. O, uzun müddət Rusiyada həbsxanada olub. Sonuncu dəfə 8 il müddətində Rusiyada cəza çəkən O.Əkbərov həbsdən çıxan kimi Azərbaycana qayıdıbmış.
Bildirilir ki, qətl hadisəsi ötən gecə saat 00 radələrində baş verib.
Hələlik şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər O.Əkbərovun başına tapança ilə 2 dəfə atəş açaraq onu öldürüb.
Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

*****

9:59

Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilib.
1967-ci il təvəllüdlü kən sakini Əkbərov Oktay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus BMW markalı avtomobildə aşkar edilib.
Meyit müayinə olunmaq üçün Sabirabad morquna təhvil verilib.
Onun kim tərəfindən qətlə yetirildiyi məlum deyil.
Adıçəkilən şəxsin dəfələrlə məhkumluq həyatı yaşadığı qeyd olunur.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.(Report)