"Avtonəqliyyat" ASC-nin sədri vətəndaşın evini söküb - GÖYÇAYDAN ŞİKAYƏT

Baxış sayı:
3106

Göyçay şəhəri, Nizami küçəsi, ev 69 ünvanənda qeydiyyatda olan İsmailov Rüstəm İsmayıl oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Məktubu olduğu kimi dərc edirik:
"Bildirirəm ki, Göycay RPŞ-nin müstəntiqi, polis baş leytenantı Ağayev Taleh Elman oğlu tərəfindən Əliyev Arif İbadət oğlunun AR CM-nin 186.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair materialla əlaqədar HK-1/652 saylı materialı üzrə 06 oktyabr 2017-cı il tarixində “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir.
Hazırkı qərardan verilmiş şikayət əsasında, material Baş Prakrorlıxda sonra isə rayon prokurorluğunda öyrənilmiş materialdan məlum olmuşdur ki, yoxlama səthi aparılmışdır. Odur ki, həmin qərar DİN və Baş Prokrurlığ tərəfindən bir neçə dəfə ləğv edilmiş, əlavə yoxlama aparılması üçün rayon polis şöbəsinə göndərilmişdir.
Əlavə yoxlama aparan həmin təhqiqatçı, polis leytenantı Rauf Hüsenliyə, yenidən, 26.08.2016-cu il tarixində və 06.08.2017-ci il tarixdə “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul etmişdir.
Bildirirəm ki, Göycay şəhəri Nizami küçəsi ev 69 ünvanında yaşayıram. 27.05.2016-cı il tarixdə Bakı İnzibati-İqdisadi Məhkəməsinə Göycay şəhəri M.Müşviq küçəsində yerləşən Avtonəqliyyat ASC-nin sədri Əliyev Arif İbadət oğlu tərəfindən həmin ASC-nin qanunsuz özəlləşdirmə aparmasına dair iddia ərizəsi ilə müraciətim əsasında, məhkəmədə iddia qaldırmışam. Həmin ərizə icraata götürüldükdən sonra Arif Əliyev 08.06.2016-cı il tarixdə gecə saat 03 radələrində həmin ASC-nin ərazisində yerləşən mənə və mənim ailə üzvlərimə məxsus tikintinin arxa divarının sökmüşdür. Ona görə də , DİN-in 102 xidmətinə müraciət edərək bu barədə məlumat vermişəm. Bundan əlavə 2 saylı Bakı İnzibati-İqdisadi Məhkəməsinə mübahisəli ərazidə söküntü və tikinti işlərinin aparılmasına qadağa qoyulması barədə vəsatətlə müraciət etmişəm. 30.06.2016-cı il tarixdə məhkəmə işin Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılmasına dair qərardad cıxarmışdır və qarşı tərəfin vəkili Mətanət xanıma sökentü aparılmaması barədə şifahi qöstəriş verilmişdir. Hakimin qöstərişinə məhəl qoymayan və Proseslərin davam etdiyi müddətdə Arif Əliyev 03.08.2016-cı il tarixdə yənədə gecə saatlarında Avtonəqliyyat ASC-nin ərzisində yerləşən əmlakımı darmadağın edərək yer üzündən silmişdi. Bununla əlaqədar birdaha DİN 102 xidmətinə zəng vurub şikayət etmişdim. Bundan sonra Arif Əliyev 06.08.2016-cı il tarixdə gecə saatlarında həmin yerdən yararlı söküntü materiallarını götürmüşdür. Bu barədə də təcili DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişəm və Arif Əliyevin qanunsuz hərəkətlərinə son qoyulması ücün sonuncunun məsuliyyətə cəlb olunaraq barəsində tədbir görülməsini xahiş etmişəm.
AR Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə 186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu cinayətdə də A.Əliyev həm, uzun ilər qərəzli və qanunsız yollardan istifadə edərək daşınmaz əmlakımı xarabazarlığa çevirməsi, bu yöntəmlərlə qaz durbalarından tutmış bütün avadanlığları oğurlatdırması və ya oğurlanmasına qərəzli şərayət yaratması, həmçinin 2014-ci ildə sökmüş oldığı qapı pəncərəmin Prezident Adminstrasyası və Onbudsman tərəfindən müdahiləsi nəticəsində qeri taxarak bərpa etməsi, həmən hadisədən sonra daşınmaz əmlakımın sökülməsi üçün məhkəməyə müraciyət etməsi və Apelasya Məhkəməsinin daşınmaz əmlakın qanunla mənə məxsus olmasın təsdiq edib və A.Əliyevə söküntünü sadəcə İnzibati İqtisadi məhkəmədə qərar çıxartıqdan sonra sökə biləcəyini yazılı qöstərərək idiasının təmin edilmədiyini bildiyi halda, A.Əliyev Prezident Admenstrasyasının, Onbusdmanın və Şəki Apelasya Məhkəməsinin qərarların heça saydı və iki ayrı tarixdə qecə saatlarında, işçi qücü və texnikadan istifadə edərək daşınmaz əmlakımı qərəzli şəkildə söküb tamami ilə yer üzündən silməsi, CM 186.2.2 aitdir.
Müstəntiq dağıdılmış əmlakımı, açıq talvar olaraq son vəzyətini qeydə almış, həmçinin dəyərsis bir xarabalıq kimi göstərmişdi. Oisə uzun illər verqisin ödədiyim həmən tikintidə, yay və qış aylarında, çörək məsularının istehsalı, çayxana, toptan satış ərzaq maları açıq talvar altında nəcür həyata keçirildiyinin münkün oldığını izah etməmiş. Həmçinin 2014 ci ildə Prezident Admenstrasyası və Onbusdman hansı açıq talvarın qapı pəncərəsin qeri taxdırılmasına dair Rayon İcra Hakimyətinə göstəriş veribmiş ?
Bildirməq istəyirəm ki, 2016-cı ildə qanunsız söküntü barədə 5-6 dəfə cinayət işi polisdə açılmış və hər dəfəsində Arif Əliyevin izahatları alınmış, həmən vaxta hər hansı başqa insanın sökdüyü barədə hər hansı izahat verilməmiş, son 7-ci dəfə açılan şikayətə Arif Əliyev tərəfindən verilən izahatda, söküntüyə heç bir hüququ olmayan, bir ay əvvəl ölmüş hansısa adamın üstünə atmaqla cinayətdən yayınmışdır. O isə şikayət edilən dövürdə bu qün adı çəkilən həmən mərhum yaşayırdı və söküntü ilə heç bir əlaqəsi olmadığı üçün heç bir izahatda onın adı çəkilmirdi. Çünkü qanunla həmən şəxs bu yalan məsuliyyəti huquqla edə bilmədiyi üçün üzərinə götürə bilməzdi. A.Əliyev ovaxtki öz cinayətin bu qün hansısa ölmüş adamın üstünə atarkən bir şeyi unutmış ki, tikinti və söküntü işi hansısa icarədarın deyil, birbaşa sədrin üzərinə düşən məsuliyyətdi və əvvəl ki izahatlarında həmən mərhum yaşadığı üçün adı heç bir izahatda halanmamışdı. Həmçinin mənim video görüntü ilə müsahahibə aldığım 2 şahiddən heç bir izahat alınmamış, hansı ki, həmən şahidlər söküntünün gecə saat 12-dən sabah səhər 6-ya qədər aparıldığını təsdiqləyir bu da gözətçisi olan bir Avtonəqliyyatın müdürün icazəsi olmadan aparılmasının mümkün olmadığın göstərir. Baxmayaraq ki həmən vidio çarxı mən müstəndiqə internet vastəsi ilə çatdırmışdım. Bundan başqa A. Əliyev bu binanın sökülməsindən xəbərsiz olmasının və cinayəti yenicə ölmüş birinin üstünə atma yalanı, uzun illər tikintinin sökülüb götürülməsi üçün, həttda məhkəmədə belə iddia qaldıran Arif Əliyevin şəxsən özünün maraqlı olmasının sübutudur, çünkü həmən cinayətlər barədə verilən izahatların heç birində mərhumun hələm həyatda olduğı üçün A.Əliyevdən başqa kimsənin adı halanmırdı. Sadəcə son 7-ci şikayətdə, cinayəti ört-bastır etməq məqsədi ilə cinayətə aidiyyatı olmayan bir vəfat etmişin adamın adından istifadə olunmuşdur.
Ilkin araşdırma zamanı Əliyev Arif İbadət oğlu izahatında göstərmişdir ki, o Göycay şəhərində fəaliyyət göstərən Göycay Avtonəqliyyat ASC-nin sədridir. Azərbaycan Respublikası Dövlət Əmlak komitəsinin 24.02.1999-cu il tarixli 100 saylı sərəncamına əsasən Göycay Avtonəqliyyat müəsissəsi Göycay –Avtonəqliyyat ASC-yə çevrilmişdir.
Bununla bağlı bildirirəm ki, 2723 Göyçay avtomobil dəstəsinin ərazisində yararsız boş torpaq sahəsində mənim istifadəmdə olmuş 80 kv.metr çörək istehsalı üçün nəzərdə tutulmuş istehsal obyekti olmuşdur. Həmin mübahisəli istehsal obyektini “Göyçay Avtonəqliyyat” Açıq Səhimdar Cəmiyyətinin sədri Arif Əliyev tərəfindən qeyri-qanuni qizədilmiş və boş torpax sahəsi kimi göstərilərək 27.07.2013–cü ildə tam özəlləşdirilmişdir. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi “Göyçay Avtomobil Dəstəsinin” yararsız boş ərazisində yerləşən, 80 kv.metr yeri Göyçay Rayon İcra hakimyətindən 661 nömrəli, 20 dekabr 1994-cü il tarixli cavab məktubu ilə ( 07.12.1994, 58 saylı məktub ) mənim adima qərara alınmış və Avtonəqqliyatın ovaxtki müdürü Mehman Məməmmədov tərəfindən 1995-ci ildə müddətsiz icarə müqaviləsi əsasında öz şəxsi vəsaitim hesabına istehsal sahəsi tikdirmişəm və bizim 8 nəfər ailə üzvümüzün səhimlərinidə “Göyçay Avtomobil Dəstəsinə” qoymuşdır. Bundan başqa Göyçay Rayon İcra Hakimiyyətinin Baş Memarı C.Zeynalovun 10.03.1997-ci il tarixli məktubuna cavab olaraq , mənə məxsus çörək bişirmə seximin qarşısında sxem çəkilərək ( 50 x 3 KM ) açıq talvar tikintisinə etiraz edilmədiyini bildirmişdir. Hər iki tikintimin mənə aid oldığını təsdiq edən sxemi Göyçay şəhərinin baş planından № 2000 nömrəli cıxarışda var. Həmçinin Göyçay 2723 nömrəli Avtomobil dəstəsinin sabiq müdiri Səfərov Ağadadaş tərəfindən yararsız boş torpaq sahəsinin 371 kv.metr sahəsi 1996-ci ildə 10 il müddətli rəsmi müqaviləyə əsasən mənim istafadəmə verilmişdir. 20.07.2006-cı il məktubunda bununla bağlı geniş açıqlama vermiş və şahidlərin iştirakı ilə təsdiq edilmişdir. Bildirmək istəyirəm ki, həmin 371 kv.metr ərazidə sanitar qovşağı, hasar, çarhovuz kimi başqa lazımı tikintiləridə öz şəxsi vəsaitim hesabına tikdirmişdim və torpağ verqilərində ödəmişdim.
1999-cu ildə “Göyçay Avtomobil Dəstəsi” “ Göyçay Avtonəqliyyat “ Açıq Səhimdar Cəmiyyətinə cevrilmişdir. Mənim şəxsi vəsaitim hesabına tikdirdiyim ərazini sədr Arif Əliyev qeyri-qanuni qizlədərək öz balansında göstərmiş və Əmlak Məsələri üzrə Dövlət Komtəsində 27.07.2013-cü il tarixdə tam özəlləşdirilmişdir və 2713003551 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmışdır. Dövlət reyesterində qeydiyyata alınarkən, əmlak kompleksinin plan-sxemin də mənə məxsus 80 km2 daşınmaz əmlakım boş ərazi kimi göstərilmişdir və məqsədli olaraq gizlədilmişdir.

Göyçay rayonu, Nizami küçəsində yerləşən, çörək istehsalı üçün nəzərdə tutulmuş istehsal obyekti 80 m2 05.01.1995-ci il tarixdə müddətsiz və ərazi sahəsi 371 m2 boş torpaq sahəsini 01.05.1996-ci il tarixli, icarə müqaviləsinə əsasən həmin ərazini götürmüşəm və həmin icarə müqavilələrinə əsasən o zaman Göyçay Rayon İcra Hakimiyyətinin sərəncamı ilə həmin ərazi mənim istifadəmə verilmişdir. Həmin ərazi uzun illər bizim ailənin istifadəsində olmuşdur. Göycay rayonunda atam İsmaylov İsmayıl Rüstəm oğlunun “ 2723 nömrəli Göyçay avtomobil dəstəsində” 40 il əmək fəaliyyəti olmuşdur. 1998-ci il tarixində səhimlərini “Göyçay Avtonəqliyyata” ( Açıq Səhimdar Cəmiyyətinə ) qoymuşdur. “Göyçay Avtonəqliyyat ” ASC-nin səhmdarları içində bizim ailə üzvlərimizində səhmləri olduğundan, mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinə müraciət edilməmişdir və reyestr kitabında qeyd olunmamışdı, istifadə hüququnu təsdiq edən qeydiyyat vəsiqəsini aldadılaraq ala bilməmişdik. Özəlliklə qeyt etməq istəyirəm ki, bizim kimi aldadılmış bir çox fəhlə səhimdarlarda vidyo çarxı qarşısında müsahibə vermiş və uzun illərdi mətbuat vastəsi ilə cənab Prezidentə, Baş Prokrorlığa, DİN-nə və aidiyəti üzrə bütün orqanlara öz şikayətlərin verməkdə dəvam edir. A.Əliyev cinayətləri barədə mətbuatda 20 yuxarı məqalələr dərc edilmiş və edilməkdə dəvam edir.
Qeyd etmək istəyirəm ki, istifadəmizdə olmuş cörəkbişirmə sexi əvvəllər iş üzrə 3-cü şəxs olan “Göyçay Avtonəqliyyat ” ASC-nin sələfi “Göyçay Avtomobil dəstəsi ”-nə yaxın ərzidə boş zibil tulantılar ərazisi olmuş və 05.01.1995-ci ildə müddətsiz icarə müqaviləsinə əsasən “Göyçay Avtomobil dəstəsi” tərəfindən əlavə, Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən bizə satılmışdır. Həmin ərazidə Göyçay Rayon İcra Hakimiyyətinin sərəncamı ilə çörək istehsalı üçün nəzərdə tutulmuş istehsal obyekti 80 m2 tikintisi tikilməsi üçün razılıq alınmışdır.
“Göycay Avtomobil Dəstəsi” ASC-nin hüquqi varisi olan « Göycay-Avtonəqliyyat » Açıq Səhmdar Cəmiyyətinin sədri A.Əliyev tərəfindən mənə qarşı «əmlakdan məhrumet qoyulmaqla istifadəmə son, tikintinin sökülməsi və torpaq sahəsindən çıxarılma haqqında» iddia tələbi ilə Göyçay rayon məhkəməsinə ( 30.05.2014 ) və Şəki Apellyasiya Məhkəməsinə ( N 2(107)-666/2014, 09.07.2014 ) şikayət edilsədə, məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiaları ilə birlikdə araşdıraraq bu qərara gəlmişlər ki, Göycay Rayon Məhkəməsi işi baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsidə, tərəfimdən hüquqən tikilmiş daşınmaz əmlakın sökülməsinin qanuna zid oldığın nəzərə alaraq, A.Əliyevin iddia ərizəsin baxilmasını mümkünsüz hesab etmişdir. İnzibati-İqtisadi Məhkəməsində uduzacağını bilən A.Əliyev 2014-ci ildə şikayətin İnzibati-İqtisadi Məhkəməsindən qeri çəkmiş, Prezident Adminstrasyasının, Onbustmanın, məhkəmə qərarlarına və qanunlara məhəl qoymayaraq cinayət əməlləri ilə əmlakımı söküb darma-dağın və talan etmişdi.
Daşımaz əmlakımı gizədərək boş torpağ sahəsi olaraq göstərib qanunsız özələşdirmişdi, 1995-ci ildə Tikinti üçün 80 Km boş torpağ sahəsi müddətsiz, 1996 ci ildə 371 Km 10 illik rəsmi icarəyə verilmişdi, uzun illər Arif Əliyev binanın güya 1999-cı ildə balansına salıb özələşdirib və güya bina ona aid olduğun deyərək cahil fəhlə atamı aldadıb və iştəməyə ənqəl çıxardaraq əmlakımı qərəzli xarabaxanaya çevirib, sübut atamın ölümündən bir il qabaq 2006-cı ildə video qarşısındakı müsahibəsində bildirmiş. A.Əliyevin izahatında qöstərdiyi, qüya mənim 2014-ci ildə ( əmlakdan məhrumetmə aradan qaldırımsı ) iddiamın təmin edilməyərəq uduzmam deyil, əksinə ( mən və ailə üzvlərimizin giriş çıxışa qadağa, istifadəyə son verilərək məhrumət qoyulması və tikintinin sökülməsi barədə ) bizə qarşı A.Əliyev şikayət vermiş və uduzmışdı. Həmən qərarada Apelasya məhkəməsi, əmlakın mənə aid oldlğın sübut edildiyin təsdiqləmiş və A. Əliyevin şikayəti rədd edilmişdi. Müstəntik 2014-cü il mənim lehimə olan məhkəmə qərarın tamami ilə tərs göstərərək A.Əliyevin lehinə qöstərmişdi. Belə ki, A.Əliyev binanın sökülməsi üçün olan şikayətinin təmin edilməməsin, güya mənim şikayətimin təmin edilmədiyin qöstərərək istifadə etmiş. O cümlədən qanunsız özələşmənin ləğvi barədə 2017-ci ildə qoydığımız şikayətin, düzgün tədbiq edilmədiyi üçün və yenidən şikayət verilməsini göstərərək Hakimlər tərəfindən münkünsüz sayılması, qərarda öz təsdiqin tapır. Müstəntiq amma tam əksi olaraq 2017-ci il məhkəmə qərarını qüya A.Əliyevin xeyrinə və bizim xeyrimizə olmadığına dair qərar kimi təqdim etmişdir.
Dəfələrlə Baş Prokurolığ, DİN-yi araşdırma aparaq cinayət oldığın aşqar etmiş, cinayət işin aparılması üçün Rayon Polis İdarəsinə yollamış. Müstəntiqlər isə cinayəti ört-bastır etməq məqsədi ilə bəhanələri dəyişsədə, nəticə isə hərzaman ədalətsiz qalıb. Ortada bir çox istiqamətdə qanun pozulması və cinayətlər var, cinayətkarlar isə heç bir məsulyət daşımadan sərbəst qəzir və başqa insanlara qarçıda cinayət törətməqə dəvam edirlər. Oisə cənab Prezidentimiz xalqa qarşı bu cür cinayət törədən şəxslərə qəti adımların atılmasın, hüquq mühafizə orqanlarından qecə-qündüz tələb edir, Bunlarsa öz şəxsi maraqları üçün Azərbaycan Hüquq sistemin dünyada biyabır etməqdən çəkinmir.
Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.
Mən, həmin əmlakı əldə edərkən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsinə əsasən, müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, əmlak verildiyi vaxtdan əmələ gəlir.
Həmin maddənin ikinci hissəsinə görə, əmlakın özgəninkiləşdirmə yolu ilə başqasına verilməsinə dair müqavilə qeydə alınmalı olduqda, mülkiyyət hüququ qeydə alınma zamanı əmələ gəlir.
Eyni məcəllənin 143-cü maddəsinin birinci hissəsinə görə, əmlak, onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli surətdə əldə edildikdə və əldə edən bunu bilmədikdə və bilməli olmadıqda (vicdanlı əldə edən) mülkiyyətçi bu əmlakı əldə edəndən ancaq o əmlakın onun özü tərəfindən və ya onun razılığı ilə sahibliyinə verilmiş şəxs tərəfindən itirildikdə və ya əmlak onların hər hansı birindən oğurlandığı, yaxud onların iradəsindən asılı olmayaraq sair yolla onların sahibliyindən çıxdığı halda tələb etməyə haqlıdır.
Həmin ərazini əldə edərkən şəxsi vəsaitim hesabına çörək istehsalı üçün nəzərdə tutulmuş istehsal obyekti inşa etdirmişəm və müqavilə üzrə həmin dövr üçün verqi və icarə puların ödəmişəm, həmin daşınmaz əmlakı onun istifadəsində və sahiblik hüququ olan şəxs olmuşam. İstifadəmdə olan torpaq sahəsinində vergisini ödəmişəm, Göyçay rayon Göyçay Bələdiyyəsinə vergi ödənişlərinin bəzi tapılan ceklərini (vöen 6000021791) işə əlavə etmişəm.
Ulu öndərimiz Heydər Əliyevin 1996-cı il fərmanına əsasən, həmən tikilən sahə birmənalı olaraq qeyri şərtsiz mənə verilməsi gərəkirdi.
Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinin tələblərinə görə, özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır.
Həmin Əsasnamənin 11-ci bəndinə görə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə ( rəsmi sənəd və imza şərti ilə ) təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan ( rəsmi sənəd və imza şərti ilə ) imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir.
Qanunvericilik mülkiyyətimdə olan daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin satın alınmasının ilk növbədə mənə təklıf edilməsini imperativ bir norma kimi qoysa da, mənə həmin torpaq sahəsinin satılması barədə məlumat verilməmişdir və bu barədə hər hansı rəsmi sənəd və imza yoxdur.
AR Cinayət Məcəlləsinin 186.1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
186.2. Eyni əməllər:
186.2.1. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə;
186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
AR CPM-nin 85.1-ci maddəsinə əsasən cinayət təqibini həyata keçirərkən müstəntiq qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir.
Həmin məcəllənin 85.2.10-cu maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək;
. prokurorun göstərişlərini icra etmək;
prokurora və məhkəməyə yazılı və şifahi izahatlar vermək;
Bu məcəllənin 85.6.2-ci maddəsinə əsasən müstəntiqin cinayətin açılması, araşdırılması və qarşısının alınması üçün vaxtında müvafiq tədbirlər görməsinə nəzarəti həyata keçirir;
cinayət işləri üzrə hərtərəfli, tam və obyektiv ibtidai istintaq aparılması üçün zəruri təşkilati tədbirlər görür;
AR CPM-nin 122.1.-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər.
Həmin Məcəllənin 122.2.-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir:
122.2.1.-ci maddəyə əsasən, təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından-ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora;
122.2.2.-ci maddəyə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından-yuxarı prokurora;
Odur ki, tərəfimizdən Göycay rayon prokuroruna hazırkı qərarın ləğv edilməsinə dair şikayət ərizəsi yazılmışdır.
Hesab edirəm ki, hazırkı qərar, məhkmə nəzarəti qaydasında, Göycay Rayon Məhkəməsi tərəfindən ləğv edilməlidir.
AR CPM-nin 449.-cu, 449.1.1.-ci maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən, onun səlahiyyətlərini həyata keçirən şəxsin qərarlarından məhkəməyə şikayət verilə bilər.
Bütün bunları, AR CPM-nin 86.-cı, 122.-ci, 207.-ci, 449.-cu, 451.-ci maddələrini rəhbər tutaraq, Sizdən
X A H İ Ş E D İ R Ə M
Göyçay RPŞ-nin baş müstəntiqi polis baş leytenantı Ağayev Taleh Elman oğlu tərəfindən qəbul edilmiş 27 noyabr 2017-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarının qanunsuz hesab edilməsinə və bu qərarın ləğv edilərək cinayət işinin başlanmasına qərar qəbul edəsiniz”.

Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.