Avtomobili səhv park etdi, ölkəyə nota verildi - Ağlasığmaz HADİSƏ

Baxış sayı:
3364

Belarusun paytaxtı Minskdə trajikomik bir hadisə yaşanıb.
Muxalifət.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə səfirliyinə aid diplomatik nömrəli “BMW” markalı avtomobilin səhv park edilməsi diplomatik böhran yaradıb.
Məlumata görə, martın 7-də avtomobilin qatar stansiyası yaxınlığında saxlanılması vətəndaşların şikayətinə səbəb olub. Şikayətləri haqlı sayan Belarus Xarici İşlər Nazirliyi Türkiyə səfirliyinə nota verib.
“Türkiyə səfirliyinə mövzu ilə əlaqədar nota verildi. Səfirlikdən bundan sonra qaydalara riayət edilməsi mövzusunda daha diqqətli olacaqlarına dair cavab alındı”, - nazirliyin açıqlamasında qeyd edilib.