Avtomobildən silah və narkotik tapıldı

Bakıda avtomobildən silah və narkotik aşkarlanıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, daxil olan məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif Abdulovun idarə etdiyi “Kia” markalı avtomobilə baxış zamanı oradan lüləsi və qundağı kəsilən, 16 kalibrli qoşa lüləli ov tüfəngi, lüləsi və qundağı kustar üsulla kəsilən, atəş üçün yararlı “TOZ-B” markalı qoşa lüləli ov tüfənginin kəsiyi və 3,206 qram heroin götürülüb.