Avtomobil yarışı zamanı qəzaya düşən pilot rəqibini döyüb

Baxış sayı:
4088

"World of Outlaws" seriyalı yarış zamanı ABŞ pilotu Şeyn Stüart rəqibi Karson Masedo ilə dalaşıb. "Report"un məlumatına görə, Stüartın maşını döngələrin birində Masedonun maşınına dəyərək havada bir neçə dövrə vurub. Daha sonra o, rəqibinin dəbilqəsinə bir neçə zərbə endirərək, maşından çıxarmağa çalışıb. Davanın qarşısını stüardlar alıblar. Qeyd edək ki, 6 mərhələdən sonra Karson Masedo 6-cı, Şeyn Stüart 7-ci pillədə qərarlaşıb.