Avtomobil səkiyə, sonra işıqfora çırpılıb aşdı - VİDEO

Nəsimi rayonu ərazisində avtomobilin aşması ilə nəticələnən yol qəzası olub. 
BakuPost.az-ın ARB TV-ə istinadən xəbər verir ki, hadisə Hənifə Ələsgərov küçəsində qeydə alınıb. 
22 yaşlı Nicat Kamilzadə idarə etdiyi "Toyota Corollo" markalı avtomobillə Tbilisi prospekti istiqamətində hərəkətdə olarkən, yolun təmir işləri gedən hissəsini görmədiyi üçün idarəetməni itirib və avtomobil aşaraq əvvəlcə səkiyə, ardınca isə işıqfora çırpılıb. 
Nəticədə sürücü xəsarət almasa da, maşın deformasiyaya uğrayıb. Yol infrastrukturuna ciddi ziyan dəyib. Aşmış avtomobil Yol Patrul Xidməti əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib.