Avtomobil piyadanı vurub – BAKIDA

Bakıda avtomobilin vuruduğu piyada ağır xəsarət alıb.
 
Hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Ziya Bünyadov prospektində piyada keçidi üçün nəzərdə tutulmayan ərazidə yolu keçən 1974-cü il təvəllüdlü Əliyarov Hacımurad Gülmurad oğlunu minik avtomobili vurub. Nəticədə H.Əliyarov hər iki ayağından açıq sınıq xəsarətləri və ağır kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən sürücü polislər tərəfindən saxlanılıb.
Fakt araşdırılır.