Avtomobil piyadanı vuraraq ÖLDÜRÜB – ABŞERONDA

Sürücü polis tərəfindən saxlanılıb
 
Abşeronda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Güzdək qəsəbəsində qeydə alınıb.
"Opel" markalı avtomobil yolu keçən, təxminən 40-45 yaşlı kişini vurub. Hadisəni törətmiş sürücü hələlik kimliyi məlum olmayan zərərçəkmişi xəstəxanaya apararkən yaralı yolda dünyasını dəyişib.
Sürücü Abşeron Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.