​Avtomobil piyadanı vuraraq öldürdü – SABIRABADDA

Sabirabad rayonunun Qaragüney kəndi ərazisində kəndin sakini, 55 yaşlı Məhərrəm Süleymanov yolu keçmək istərkən VAZ 2106 markalı avtomobil vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ağır bədən xəsarətləri alan yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.