​Avtomobil naməlum kişini vurub öldürdü - FOTO

Baxış sayı:
10090

Martın 5-də gecə saatlarında Goranboy rayonunun Borsunlu kənd ərazisində “Volvo” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində ölüb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Muxalifet.az-a verilən məlumata görə, piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.
Həmin kişinin əlamətləri belədir: yaşı  50-55 arası, boyu 160-170 sm, orta bədən quruluşlu, saçları ağ, gözlərinin rəngi şabalıdıdır. Əynində qara gödəkcə, tünd boz köynək və qara şalvar olub. 
Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Goranboy Rayon Polis Şöbəsinə və (022) 245-30-72; (055) 535-30-72 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



Muxalifet.az