Avtomobil məktəbə çırpıldı, 2 ŞAGİRD ÖLDÜ, 22 YARALI VAR

Avstraliyada avtomobil Sidneyin şəhərətrafındakı məktəblərdən birinin əlavə tikilisinə çırpılıb.
Bu barədə "ABC" radioyayımı şirkəti xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə yerli vaxtla saat 9:45-də baş verib. Avtomobil yoldan çıxaraq dərsin keçirildiyi əlavə tikiliyə çırpılıb.
Hadisə zamanı 2 uşaq ölüb, daha 22 məktəbli xəsarət alıb. Onlardan beşi xəstəxanaya yerləşdirilib. Yaralılardan ikisi ağır vəziyyətdədir. Digər zərərçəkənlərə hadisə yerində tibbi yardım göstərilib.
Qəzanı törətmiş qadın analizlərin götürülməsi üçün xəstəxanaya aparılıb. Hadisə yerinə 8 təcili yardım avtomobili və 1 vertolyot gəlib.