​Avtomobil idxalı 2 dəfə artıb

Baxış sayı:
306

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana ümumilikdə 9 828 ədəd avtomobil idxal olunub.
Muxalifet.az  Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 5 008 ədəd avtomobil və ya 2,04 dəfə artıb.
 
Ölkəyə gətirilən avtomobillərin 169 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 8 577 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 014 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 68 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.