Avtomobil 44 yaşlı qadını vurub – BAKIDA

Maşın əvvəlcə yol kənarındakı dirəyə çırpılıb
 
Bakının Suraxanı rayonunda qadın sürücü qəza törədərək piyadanı vurub.
Səttar Bəhlulzadə küçəsi ilə hərəkətdə olan "Mazda" markalı avtomobil idarəetməni itirərək əvvəlcə dirəyə çırpılıb, daha sonra isə yol kənarı ilə gedən 44 yaşlı Yusifova Nəzakət Nadir qızını vurub.
Piyada müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanı əməkdaşları hadisəni törədən sürücünü saxlayıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.