Avtomobil 12 yaşlı oğlanı vuraraq öldürüb - HACIQABULDA

Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində avtomobillə vurulan piyada reanimasiya şöbəsində ölüb.
 
Bakı-Qazax yolunun Hacıqabul rayonu Nəvahi qəsəbəsindən keçən hissəsində 2005-ci il təvəllüdlü Ağamalıyev Ramil Rəfayət oğlu
 Bakı şəhər sakini, Elmar Cəbrinin idarə etdiyi “Tavriya” markalı “10 LH 551” dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub. Ağır xəsarətlər alan yaralı uşaq Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və həkimlərin səyinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.
 Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.