Avtobusun bombalanması nəticəsində ölənlərin sayı 50-yə çatdı

Baxış sayı:
7507

Yəmənin şimal-qərbində yerləşən Saada şəhərində avtobusun bombardman edilməsi nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb, 77 nəfər yaralanıb.

“RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Qırmızı Xaç komitəsinin tvitter hesabında yerləşdirilən bəyanatında bildirilir.

Daha əvvəl yaşı 15-ə qədər olan ən azı 29 uşağın həlak olduğu, 30 uşağın isə yaralandığı bildirilirdi.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının bəyanatına istinadən “Al-Arabia” telekanalı bildirib ki, raket koalisiyaya aid idi(publika.az).