Avtobusu dayandırıb 14 nəfəri güllələdilər

Baxış sayı:
28858

 Pakistanın Belucistan əyalətində silahlı təcavüzkarlar bir sərnişin avtobusunu dayandırıb, 14 nəfəri qətlə yetirib.
 
Gwadar-ın Polis komissarının müavini Muhammad Waseem mətbuat nümayəndələrinə verdiyi açıqlamada, silahlı şəxslərin Karaçi şəhəri ilə Gwadar Limanı arasındakı yolda gedən sərnişin avtobuslarını dayandırdığını və içindəki sərnişinləri çölə çıxardığını söyləyib.
 
Sənədləri yoxlayandan sonra güllələyiblər
 Waseem sərnişinlərin şəxsiyyət vəsiqələrini yoxlayan təcavüzkarların 14 nəfəri vuraraq öldürdüyünü bildirib.
Təhlükəsizlik qüvvələrinin hadisə yerinə getdiyi və istintaq başlanıldığı qeyd edilib.
 
Baş nazir pisləyib
 
 Pakistanın baş naziri İmran Xan, "bu alçaqcasına terror əməlini" qınadığını ifadə edərək həyatını itirənlərin yaxınlarına başsağlığı verib.
Müxalifət.az